SON XƏBƏR

Deputat: "Əli İnsanov xəyanətkardır"

May 08
12:18 2019
"Əli İnsanov ona göstərilən yüksək etimaddan, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq azadlıqdan məhrum edildiyini unutdu. Bu şəxs törətdiyi əməldən peşiman olmaq əvəzinə yenidən hakimiyyətə və dövlətə qarşı ittihamlarla çıxış edərək, absurd iddialar səsləndirdi, mətbuata şər və böhtan dolu müsahibələr verdi. Onun azadlıq fərmanını imzalayan Prezident İlham Əliyevə deyil, beynəlxalq təşkilatlara təşəkkür etdi. Ancaq Əli İnsanov unudur ki, heç bir beynəlxalq təşkilat adı korrupsiya əməllərində hallanan, xalqın malına göz dikən keçmiş səhiyyə nazirinin azad edilməsini təklif etməz. Ona görə də Əli İnsanovun verdiyi müsahibələr gülünc səslənir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

O, Ə.İnsanovun xəyanətkar olduğunu deyib:

"Əli İnsanovun şəxsi marağı, ambisiyası, kini-küdurəti ölkə Prezidentin humanist addımını lazımınca qiymətləndirməyə imkan vermir. Keçmiş səhiyyə naziri unudur ki, məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müstəqil Azərbaycan dövləti yaradılıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusu reallığa çevrilib. Əli İnsanov xəyanətkardır". 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook