SON XƏBƏR

Deputat: "Ayıb olsun Müdafiə Nazirliyinə"

Yanvar 28
13:23 2021
Günlərdir sosial şəbəkələrdə şəhid ailələrinin ürək dağlayan görüntüləri paylaşılır. Qaradağ rayonunda su altında qalan 17 şəhidin yaxınları etiraz edirlər, övladlarının İkinci Fəxri xiyabanda dəfn olunmasını istəyirlər.

Çünki qəbirlər sözün əsl mənasında acınacaqlı vəziyyətdədir. Məzarlığın yararsızlığı isə dəhşət doğurur. Bir sözlə, şəhidlərimizin yüksək məqamlarına yaraşmayan haldır. Bu səbəbdən də insanlar hiddətini gizlədə bilmir.

Millət vəkili Aqil Abbas da qəzəbini lakonik, lakin açıq ifadə etdi. O "Sherg.az”a açıqlamasında bildirdi:

"Ayıb olsun Müdafiə Nazirliyinə. İndiyə qədər məsələni yoluna qoya bilməyiblər. Dünyada bizi biabır ediblər”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook