SON XƏBƏR

Depozitlərdə manatın payı 19%-ə düşüb

Fevral 14
12:20 2017
Kommersiya banklarının depozit portfelində dollarla ifadə olunan əmanətlərin məbləği yüksək olaraq qalır. Fins.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, bu il yanvarın 1-nə qədər banklarda xarici valyutada qoyulan depozitlər 9 milyard 336 milyon manata yüksəlib.
 
Belə ki, manatla olan depozitlərdə də 2016-cı ilin yekununda əvvəlki illə müqayisədə artım ilə müşahidə olunub və 3 milyard 896 milyon manatdan 5 milyard 163 milyon manata yüksəlib. Xarici valyuta ilə olan  depozitlərin həcmi isə yerli valyuta ilə depozitlərə nəzərən 80.8% faiz və ya 4 milyard 173 milyon manat çoxalıb və 9 milyard 336 milyon manata yüksəlib. Lakin ötən illə müqayisədə xarici valyutada olan depozitlərin həcmində də azalma baş verib. Belə ki, ötən il xarici valyuta ilə olan depozitlər 12 milyard 608 milyon manat olub.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook