SON XƏBƏR

Departamentin sözçüsü: "Azərbaycanda jurnalistlərə edilən fiziki hücumlar cəzasız qalır"

Noyabr 03
14:53 2017
"Dünya boyu jurnalistlər bütün cəmiyyətlərdə insanların həyatına təsir göstərən məsələləri işıqlandırmaq naminə şəxsi risklərə gedirlər”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə yaydığı bəyanatda deyib. 

Bir sıra ölkələrdən nümunələr gətirən Nauert Azərbaycan, Rusiya, Türkiyə, İraq və Suriyanın adını sadalayıb: "Onlar səlahiyyətdən sui-istifadə, korrupsiya hallarına işıq saçır, transmilli kriminal qruplaşmalardan qaynaqlanan təhlükələri ifşa edir, dezinformasiya və saxta hekayələr yayan propaqandanın qarşısını alırlar. Azərbaycanda 10 jurnalistdən 9-a edilən fiziki hücum cəzasız qalır". 

"Azərbaycanda 10 jurnalistdən 9-a edilən fiziki hücum cəzasız qalır”, - Nauert bildirib.

O qeyd edib ki, müstəqil jurnalistlərin səyləri dünya boyu demokratiyanı dəstəkləməkdən əlavə, Amerika daxilində də demokratiyanın sağlam funksiya göstərməsinə vasitəçilik edir.

"Rusiyada jurnalistlərin qətli istiqamətində cavabdehliyə doğru proqres baş vermir. Türkiyədə jurnalistlərə və müstəqil media institutlarına hücumların müəllifləri minimum vcəzalar alırlar. Bu cəzasızlıq müstəqil medianın hədəf alınmasında ədliyyə qanadından istifadə fonunda baş verir”, - Dövlət Departamentinin sözçüsü bildirib.

Bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət media peşəkarlarına qarşı cinayətlərdə cəzasızlığıa son qoymaq üçün birgə hərəkət etməlidir. Nauert ABŞ-ın "xaricdə azad, peşəkar müstəqil mətbuata sədaqətini yenilədiyini” deyib.

Mənbə: Amerikanın Səsi 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook