SON XƏBƏR

"Dəmirbank"ın səhmləri BFB-də delistinq edilib

Dekabr 25
16:02 2017
"Dəmirbank" ASC-nin qiymətli kağızları Bakı Fond Birjasında (BFB) delistinq edilib.
 
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "Dəmirbank” ASC-nin bank lisenziyası ləğv edildiyindən, BFB-nin listinq qaydalarına uyğun olaraq, listinq komitəsinin qərarı ilə sözü gedən emitentin Bakı Fond Birjasında listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınıb.
 
Bankın 105 milyon ədəd adi, 90 min ədəd imtiyazlı səhmi ticarətə buraxılmışdı.
 
BFB-nin lisitinq qaydalarına əsasən, delistinq qərarı bu qərarın açıqlanmasından iki ay sonra qüvvəyə minir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook