SON XƏBƏR

“Daxildə müxalifət var…” – Ramiz Mehdiyev

Aprel 12
00:19 2018
"Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. R. Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm”.

R. Mehdiyev deyib ki, normal adam bu yola düşməməlidir: "Daxildə müxalifət var. Bir də var ki, gedib xaricdə Azərbaycana qara yaxır, hörmətdən salmağa çalışır. Heç bir millətin nümayəndələri bu yola düşməməlidir. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problem həllini tapıb. Ona görə də seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbiidir”.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, bəzən insanlar Azərbaycanda böyük cinayətlər törədib, xaricə qaçırlar: "Xaricdə də belələri Azərbaycanı pisləməyə başlayırlar. Əlbəttə, bu, yaxşı hal deyil. Bu, Azərbaycan xalqına xas keyfiyyət deyil. Bu insanlar mədəniyyəti, tərbiyəsi olmadığına görə belə yola əl atırlar”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook