SON XƏBƏR

Davudoğlu: "Türkiyə verdiyi sözü yerinə yetirdi"

Aprel 24
05:41 2016
Türkiyə verdiyi hər sözü yerinə yetirdi.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu miqrant böhranı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
 
"Miqrant böhranı nə Türkiyənin, nə də Avropa Birliyinin təkbaşına məsuliyyətini daşıyacağı bir məsələ deyil. Bu, beynəlxalq birliyin həll edəcəyi problemdir. Bu gün Türkiyə ən çox miqrant qəbul edən ölkələrdən biridir. Ölkəmizdə 3 milyon qaçqın məskunlaşıb. Türkiyə təkbaşına hər şeyi həll etdi. Miqrant böhranı ilə sınanacaq ölkə deyilik. Ölkədə bir suriyalı belə öz vətəninə geri göndərilməyib”, - Davudoğlu bildirib.


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook