SON XƏBƏR

Daşkəsənə leysan yağış yağır, dolu düşüb

İyun 21
14:59 2020
Qərb bölgəsinin dağlıq rayonlarından Daşkəsənə leysan xarakterli yağış yağır, dolu düşüb.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, küləklə müşahidə olunan leysan xarakterli yağış və dolu rayonda bəzi fəsadlar yaradıb. 

Daşkəsən şəhəri ilə yanaşı, bəzi kənd və qəsəbələrdə də meyvə ağaclarına, əkin sahələrinə qismən zərər dəyib. Kəskin hava şəraiti avtomobil yollarında nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

Hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook