SON XƏBƏR

Daşkəsənə 20 sm qar yağdı

Oktyabr 27
14:11 2018
Azərbaycanın dağlıq rayonlardan olan Daşkəsənə ilk qar yağıb.

{tən gün günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir fəsada yol açmayıb.

Yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az müşahidə edilsə də, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq kəndlərarası yollarda, o cümlədən yeni inşa olunmuş 25 kilometrlik Daşkəsən- Əmirvar-Qabaqtəpə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.

Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün yerli yol idarəsi tərəfindən 2 ədəd avtoqreyder, 2 ədəd buldozer, 1 ədəd ekskavator və digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilib.

Rayonun bütün idarə və təşkilatları işlərini qarşıdakı günlər üçün hava proqnozlarını nəzərə almaqla qurur.
 
(Qaynarinfo)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook