SON XƏBƏR

Daşkəsəndən Kəlbəcərə elektrik xətti çəkilir - “Azərenerji” ASC

Aprel 19
16:52 2021
"Biz Daşkəsəndən, Murovdan Kəlbəcərə təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik”. 

Valyuta.az xəbər verir ki, bunu "Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, Bakının Suraxanı rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq "Hövsan” yarımstansiyasının açılışında Prezident İlham Əliyevə məruzəsində bildirib.

Baba Rzayev, orada bir az araşdırmaların getdiyini, ancaq müəyyənləşdirmədiklərini bildirib.

"Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir”. 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook