SON XƏBƏR

Daşınmaz Əmlakın Dövlət Reyestrindən evlərə verilən arayışın forması dəyişib

Fevral 24
11:52 2017
Daşınmaz Əmlakın Dövlət Reyestrindən fərdi yaşayış və bağ evlərinə verilən arayışın forması dəyişib. 
 
APA-nın məlumatına görə, indiyə qədər fərdi yaşayış və bağ evinə daşınmaz əmlakın dövlət reyestrindən arayışın "Daşınmaz əmlakın təsviri” bölməsində fərdi yaşayış və bağ evinin tikintiyə icazə sənədləri və ya tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi üzrə nəzərdə tutulan göstəriciləri - liter, mərtəbəliliyi, yaşayış otaqlarının sayı - literlər üzrə fərdi yaşayış və bağ evindəki otaqların sayı, yaşayış sahəsi (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin yaşayış sahəsi, yardımçı sahə - fərdi yaşayış və bağ evinin yardımçı sahəsi, ümumi sahə (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin ümumi sahəsi göstərilib. 
 
Dəyişikliyə əsasən, bundan sonra tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi üzrə deyil, yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri üzrə göstəricilər arayışın "Daşınmaz əmlakın təsviri” bölməsində əksini tapacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook