SON XƏBƏR

“Darıxmaqdan başqa yolumuz yoxdur” - Sabiq deputat

May 17
17:33 2020
"Karantin günlərində evdə oturmağıma baxmayaraq telefon vasitəsilə bütün işləri həll edirəm. Arada darıxırıq, ancaq darıxmaqdan başqa yolumuz da yoxdur. Hesab edirəm ki, bu günlər də keçəcək və karantin günləri də keçmişdə qalacaq”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Sumqayıtdan seçilən sabiq deputatı Mirzəcan Xəlilov deyib. O bildirib ki, yaşının 65-dən yuxarı olmasına baxmayaraq, ölkədə və dünyada gedən prosesləri izləyir: "Xarici ölkələrdən gələn hər bir vətəndaşımız dərhal karantinə alınır. Dövlətimiz onların hər birinin qeydinə qalır. Yeni modul tipli xəstəxanaların açılması qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradıb. Hər bir iş dövlət başçımızın diqqət mərkəzindədir”. Mirzəcan Xəlilov qocalmadığını da etiraf edib:

"Hələ ki, qocalmamışıq. Hər bir şeyi analiz edə bilirik. Doğulduğum yerin insanlarına hər zaman yardım əlimi uzatmışam. Bu missiyamı bu gün də davam etdirirəm. Nə olsun ki, deputat deyiləm. Axı hər şey qabaqdadır. Gücüm çatdığı qədər gənclərə dəstək olmağa çalışıram. Deputat olmasam da, insanlarla ünsiyyətim həmişə yaxşı olub və bu davam edir”. Sabiq deputat yaz aylarında kənd camaatının üzləşdiyi problemdən də söz açıb: "Təkcə koronavirus dövrü deyil. Həmişə yaz ayları gələndə kənd insanlarının vəziyyəti bir qədər çətin olub. Bunun da səbəbi var. Necə ki atalar sözündə deyilir:

"Quru qurtarıb, yaş da yanıb”. İnsanların qış boyunca yığdıqları azuqələri bitib. Hələ məhsul yetişməyib. Bazara çıxarılmağa bir şey yoxdur. Mən özüm bunu görə-görə gəlmişəm. Artıq gələn aydan məhsullar da yetişəcək və kəndlinin də bazara çıxarmağa məhsulu olacaq”. Mirzəcan Xəlilov indiki və keçmiş deputat həmkarları ilə də əlaqə saxladığını deyib: "İstər keçmiş, istərsə də indiki deputatlarla münasibətlərim çox yaxşıdır. Hər şey qaydasındadır. Arada bir-birimizlə hal-əhval tuturuq”.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook