SON XƏBƏR

“Dağlıq Qarabağa səfər edən rusiyalı siyasətçilərin çıxışları şəxsi xarakter daşıyır” - Zaxarova

Oktyabr 17
16:04 2019
"Dağlıq Qarabağ səfər edən və orada bəyanatlar səsləndirən rusiyalı siyasətçilərin, qanunverici hakimiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin çıxışları onların şəxsi nöqteyi-nəzərləridir. Bu, ekspert nöqteyi-nəzəridir”.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, rəsmi mövqe ancaq müvafiq icraedici hakimiyyət institutu tərəfindən verilir: "Bizdə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe açıqlanır. Ümumilikdə dövlətin mövqeyini bu orqanlar əks etdirir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook