SON XƏBƏR

Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır - Ter-Petrosyan

Mart 29
09:19 2017
Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

"Əgər biz bunu könüllü etməsək, onda bu torpaqlar sanksiyalarla alınacaq", - L.Ter-Petrosyan deyib.

O, qeyd edib ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır.

"Əgər Serj Sarkisyan bu yol ilə gedərsə, mən sona kimi onun yanında olacam", - sabiq prezident bildirib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook