SON XƏBƏR

Dağıstanda təmizləmələr başladı, hökumət başçısı tutuldu

Fevral 05
12:44 2018
"İnterfaks” xəbər verir ki, Dağıstan hökumətinin başçısı səlahiyyətlərini icra edən Abdusamid Həmidovun evində axtarış gedir.
 
Hələlik bu məlumat rəsmi qaynaqlardan təsdiq olunmayıb. Məlumata görə Həmidovun iş kabinetində də axtarış aparılır, habelə onun müavini Şamil İsayevin də otağının axtarıldığı bildirilir.
 
Xəbərlərə əsasən, hazırda Rusiya Baş Prokurorluğu Dağıstanda kütləvi yoxlamalar aparır. Yanvarın 17-də Moskvadan Dağıstana 38 prokurordan ibarət xüsusi təhqiqat qrupu göndərilib. Qrup hakimiyyət orqanlarının fəaliyyətini yoxlamağa başlayıb. Qrupa baş prokurorun müavini İvan Sıdoruk başçılıq edir.
 
Fevralın 2-də Mahaçqala şəhərinin baş arxitektoru Maqomedrəsul Gitinov dindirilib və dindirilmədən sonra saxlanılıb. Onu çoxmərtəbəli binanın tikintisinə icazə verilməsində səlahiyyətlərini aşmaqda ittiham edirlər. Gitinova yeni ittihamların irəli sürüləcəyi istisna deyil. Habelə yanvarın 19-da Mahaçqala meri Musa Musayevə qarşı cinayət işi qaldırılıb. O, korrupsiyada ittiham olunur.
 
(Virtualaz.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook