SON XƏBƏR

“Daimler” Rusiyada ilk fabrikini qurur

Fevral 22
02:01 2017
Mərkəzi Stuttqart şəhərində olan Alman avtomobil nəhəngi "Daimler” Rusiyada ilk fabrikini qurur.
 
Moskva yaxınlığında qurulacaq istehsal mərkəzində 2019-cu ildən etibarən ərazi nəqliyyat vasitələri və sedan avtomobil istehsalına başlanacağı bildirilir.
 
İstehsal mərkəzinə 250 milyon avroluq sərmayə qoyulacağı və gələcəkdə burada minə qədər adamın çalışacağı qeyd edilir. "Daimler”in Rusiyada istehsal mərkəzi açacağına dair planlar 2016-cı ildə ictimaiyyətə açıqlanmışdı. Sonra gərəkli müqavilələrin imzalanması ilə planlar qətilik qazanmış oldu.
 
"Daimler”in "Mercedes” bölümü idarə heyətinin rəhbəri Markus Şefer Rusiyanın "Mercedes-Benz” üçün strateji baxımdan əhəmiyyətli və böyüyən bir bazar olduğuna diqqət çəkib. O, "regional istehsalla rus müştərilərinə daha yaxın olacaqlarını və şirkətin qlobal rəqabət gücünün artacağını” qeyd edib.
 
Sektor mütəxəssisləri Alman avtomobil nəhənginin Rusiyaya investisiya qərarı ilə çətin bir bazara addım atdığına diqqət çəkir. Amma şirkət bildirir ki, Rusiyada iqtisadi çətinliklər avtomobil bazarına mənfi təsir etsə də, bu, lüks avtomobillərə olan tələbata mənfi təsir göstərməyib.
 
"Daimler”in rəqabət apardığı Almaniyanın digər böyük avtomobil nəhəngləri BMW və VW də uzun müddətdir Rusiyada fəaliyyət göstərir.
 
azadliq.info
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook