SON XƏBƏR

Daimi nümayəndəlik: “Şimali Koreya ABŞ-la müharibədən qorxmur”

Aprel 27
01:03 2017
Şimali Koreya ABŞ-la müharibədən qorxmur.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında bildirilir.

"Sülhsevər sosialist dövlət kimi KXDR sülhü ən uca tutur, bununla belə müharibədən qorxmur. Biz ABŞ-ın nüvə təhdidlərini qabağını almaq üçün bütün imkanlara malikik. KXDR hər hansı hücuma irimiqyaslı müharibə ilə cavab verərək düşmən üzərində qələbə qazanacağına əmindir”, bəyanatda deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook