SON XƏBƏR

Daha bir ölkədə dizel və benzinlə işləyən maşınlar qadağan edilir

İyul 26
15:49 2017
Fransanın ardından İngiltərədə də benzin və dizellə işləyən maşınlar qadağan ediləcək.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 3 milyard dollara başa gələcək plan 2040-cı ilədək tamamlanacaq və bu tarixdən etibarən benzin və dizellə işləyən nəqliyyat vasitələri tamamilə qadağan ediləcək. Planın 2040-cı ilədək başa çatması və uğurla tamamlanması üçün əvvəlcə bir sıra tədbirlər görüləcək.
 
Emissiyanın aşağı salınması, insanları bərpaedilən enerji ilə işləyən nəqliyyat vasitələrini almağa təşviq etmək, daha çox külək və günəş elektrik stansiyaları tikmək və s. görüləcək tədbirlərin arasındadır.
 
Addımın atılmasının əsas səbəbi qlobal istiləşmənin qarşısını almaq, insan sağlamlığı üçün təhlükəli qazların atmosferə daxil olmasını minimuma endirməkdir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook