SON XƏBƏR

Daha bir ölkə kripto pul vahidinin istehsalına başlayır

Dekabr 05
12:18 2017
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiya ilə mübarizə məqsədilə kripto pul vahidinin istehsalına başlayacaq.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, dövlət televiziyasında çıxış edərkən bu barədə məlumat verən Maduro yeni pul vahidinin "Petro" adlanacağını və ölkənin neft, qızıl və mədən ehtiyatları tərəfindən dəstəklənəcəyini deyib:
 
"Bu, ölkəmizin iqtisadi və sosial inkişafı üçün yeni beynəlxalq iqtisadi modellərə çatmağımıza səbəb olacaq. 21-ci əsr artıq gəlib!".
 
Prezident "Petro"nun nə zaman istifadəyə veriləcəyini və hansı dəyərdə olacağını deməyib.

Qeyd edək ki, Venesuela iqtisadiyyatı 2014-cü ildən bəri 35% kiçilib. Ölkənin xarici borcu 120 milyard dollardan çoxdur və inflasiya səviyyəsi yüksəkdir. Qida, dərman qıtlığı yaşanan ölkədə hökümət iqtisadi çətinlikləri aradan qaldırmaq üçün addımlar atmağa cəhd edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook