SON XƏBƏR

Dadaşlinskinin 2 aydır gözlədiyi qonaq gəldi – FOTO

Dekabr 07
00:33 2019
Yeni mövsümdən İctimai TV-də yayımlanan 3D layihəsinin aparıcısı Dadaşlinski Dadaşın arzusu, nəhayət, reallaşıb.

Mövsümün əvvəlindən AFFA-nın baş katibi Elxan Məmmədovu verilişinə dəvət edən aparıcı istəyinə bu gün çatıb.
 
2 aya yaxındır telelayihədən yayınan, hətta Dadaş Dadaşlinskinin onun adını çox hallandırmamasından ötrü yuxarı dairələrə "yol axtaran” Məmmədov bu gün verilişin çəkilişinə qatılıb. Beləcə növbəti proqramda futbol azarkeşləri uzun müddətdir səbrsizliklə gözlədiyi qonağı görəcəklər. 3D-nin həftənin ilk 4 günündə yayımlandığını nəzərə alsaq, yəqin ki, budəfəki çəkiliş efirə bazar ertəsi gedəcək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook