SON XƏBƏR

DÇ-2020: Azərbaycan Rusiya üzərində qələbə qazanıb

Yanvar 30
22:00 2020
Bu gün Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Apasoport.az saytının məlumatına görə, komandamız Rusiya yığması ilə qarşılaşıb.

Osiyek şəhərindəki "Qradski vrt Arena”da baş tutan görüşə fəal başlayan Joze Alesio da Silvanın yetirmələri Rafael Vilelanın erkən qolu ilə hesabda önə keçib. Lakin komandamız ilk yarıda üstünlüyünü qoruya bilməyib.

Şimallılar fasiləyədək nəinki hesabda tarazlıq yaradıb, hətta irəli çıxıblar. Milli yalnız ikinci hissənin sonlarında daha iki qol vurmağa nail olub. Everton Kardosonun bərabərlik topu komandanı daha da ümidləndirib. Bundan ruhlanan komanda İsa Atayevin fərqlənməsi ilə qələbə qazanıb. Bu qələbə ilk turda Xorvatiyaya 0:2 hesabı ilə uduzan komandamızın nəinki 2-ci yer, hətta 1-ci yer şansını saxlamaq imkanı verib.

Qeyd edək ki, günün digər matçında Xorvatiya ilə Slovakiya üz-üzə gələcək. Millimizin Slovakiya ilə qarşılaşacağı son turun matçları fevralın 1-də keçiriləcək.

DÇ-2020-nin Avropa zonası üzrə elit-raundu
C qrupu, II tur
30 yanvar
20:00. Azərbaycan - Rusiya - 4:3
Qollar: Rafael Vilela, 2, Everton Kardoso, 34, 40, İsa Atayev, 36 - Romulo, 16, Danil Davidov, 18
Hakimlər: Alessandro Malfer, Angelo Galante, Çiara Perona (hamısı İtaliya)
Osiyek. "Qradski vrt Arena”da



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook