SON XƏBƏR

Coca-Cola Whatsapp-da yayılan səs yazısını təkzib etdi (AÇIQLAMA)

Sentyabr 09
11:24 2017
Whatsapp"da ""Baku Coca-Cola Bottlers"" şirkətinin məhsulları ilə bağlı səs yazısı yayılıb.
 
"Qaynarinfo" xəbər verir ki, səs yazısında şirkətin işçilərindən birinin SPİD virusuna tutulduğu və damarından qan çəkərək coca-cola çəninə vurduğu bildirilib. Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin rəsmi nümayəndəsi Elnur Allahverdiyev saytımıza verdiyi açıqlamasında yayılan məlumatların təxribat xarakterli olduğunu və heç bir həqiqətə əsaslanmadığını bildirib:
 
"Sosial şəbəkələrdə şirkətimizin hansısa işçisinin məhsullara QİÇS (AİDS) virusu yoluxdurması ilə bağlı yayılan informasiyalar uydurmadır və heç bir əsası yoxdur. Məhsullarımız Beynəlxalq Qida Təhlükəsizliyi standartlarının bütün tələblərinə cavab verir və insan sağlamlığı üçün tam təhlükəsizdir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook