SON XƏBƏR

CNN: "Heydər Əliyev Mərkəzi Britaniya Memarları Kral İnstitutunun beynəlxalq mükafatına namizəddir"

Oktyabr 28
00:23 2016
Bakıdakı Heydər Əliyev Mərkəzinin binası Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects - RIBA) beynəlxalq mükafatına 6 namizəddən biri oldu.
 
Sfera.az bildirir ki, bu barədə Trend CNN telekanalının saytına istinadən məlumat verir.
 
Üslub baxımından bir-birindən fərqlənən 6 binadan ibarət siyahı RIBA-nın beynəlxalq mükafatının finalçıları elan olunub.
 
Siyahıya Azor adalarındakı (Portuqaliya) İncəsənət Mərkəzi, Meksikada muzey, Norveçdə Mülki Mərkəz, Peruda universitet və Fransada Birinci Dünya müharibəsi memorialı da var.
 
Bu 6 layihə 5 qitədə 30 memarlıq layihəsi arasından beynəlxalq mükafata namizəd kimi seçilib.
 
2016-cı ilin noyabrında mükafatın qalibi açıqlanacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook