SON XƏBƏR

Üçmərtəbəli villası olan jurnalist də ev istəyir - FOTO

İyun 23
22:12 2017
Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilən binadan mənzil almaq iddiasında olanların sayı artıb.

Unikal.org-a daxil olan məlumata görə, AzTV-nin əməkdaşı Firuzə Nadir də həmin binadan ev almaq istəyir. Belə ki, o sənədlərini təqdim edib.

Qeyd edək ki, bundan iki ay öncə Baş Dövlət Yol Polisi İdarəsinin yanında yerləşən üçmərtəbəli evini və Günəşlidəki üçotaqlı evini baldızının adına keçirib, hazırda adına daşınmaz əmlakın olmadığını göstərib.

Məlumat üçün onu da bildirək ki, Firuzə Nadir Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlının anasıdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook