Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavininin telefon danışığı olub
Sentyabr 28
07:36
2020
Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən "Report”a verilən məlumata görə,ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.
ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.