SON XƏBƏR

"Cəsədlərin çıxarılması üçün danışıqlar gedir..." - Erməni tərəfi

Fevral 27
15:18 2017
Azərbaycan tərəfi 26 fevralda öz hərbi qulluqçularının meyitlərini neytral ərazidən çıxarda bilmədi.

Virtulaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu Qarabağ separatçılarının nümayəndəsi Vitali Balasanyan deyib.

"Dünən bütün gün ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin və həmsədrlərin nümayəndələri orada idilər, ancaq Azərbaycan tərəfi öz hərbi qulluqçularının meyitlərini çıxarda bilmədi, çünki razılığı pozdu. Bu gün səhərdən danışıqlar davam edir”, - Balasanyan bildirib.

Xatırladaq, bu gün Azərbaycan Müdafiə Nazirliyi həlak olmuş hərbi qulluqçuların adlarını açıqlayıb və bildirib ki, erməni tərəfi yeni şərtlər irəli sürərək beş Azərbaycan hərbi qulluqçusunun meyitinin götürülməsi üzrə əldə olunmuş razılaşmaları pozub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook