SON XƏBƏR

Cənubi Çin dənizində gərginlik: ABŞ və Çin üz-üzə gəldi

May 28
10:28 2018
Cənubi Çin dənizində ABŞ və Çin arasında gərginlik davam edir.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, dünən Çin ABŞ hərbi gəmilərinin dənizdə yerləşən adalara yaxın ərazilərdə yerləşdiyini iddia etmişdi. Çin Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edərək əraziyə icazəsiz girildiyini bildirib. Provokatif adlandırılan addıma qarşı Çin də hərbi gəmilərini eyni əraziyə göndərib. 

Bildirilir ki, Çin milli təhlükəsizlik və suverenliyini qorumaq məqsədilə lazımi tədbirləri görür.

Qeyd edək ki, Cənubi Çin dənizində yerləşən adalara Çin, Filippin, Vyetnam, Malaziya, Bruney və Tayvan iddialıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook