SON XƏBƏR

AMEA “Cəlil Məmmədquluzadə və xalqın gülüş mədəniyyəti” mövzusunda konfrans keçirəcək

Aprel 23
10:52 2019
Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda "Cəlil Məmmədquluzadə və xalqın gülüş mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbir ölkə başçısının "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil ediləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrin xülasələrini mayın 6-na qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
 
Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə mayın 13-dək elektron poçtla məlumat veriləcək. Məruzələrin tam mətni iyunun 17-nə qədər təqdim olunmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook