SON XƏBƏR

Cəbrail Fərzəliyev: "Bu tarixi hadisəni alqışlayır və qürur hissi keçiririk"

Fevral 21
18:23 2017
"Təbii ki, hakimiyyətin müasir dövrün tələblərinə uyğun fəaliyyətini istəyiriksə, o zaman dövlətin idarəetmə strukturlarında müəyyən islahatlar aparılmalı və müasir dövrün tələblərinə uyğun fəaliyyət qurulmalıdır".
 

 
Bu sözü Qlobal.az-a açıqlamasında gənc politoloq Cəbrail Fərzəliyev deyib.
 
"Ancaq islahatlar yolu ilə ölkə yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bu islahatların da uğurlu həyata keçirilməsi üçün peşəkar, bacarıqlı və uğurlu kadrlara ehtiyac var. Məhz uğurlu kadrlar müasir dövrün çağırışlarına uyğun ölkənin uğurlu idarəetmə sistemini qura və irəliyə apara bilər. O baxımdan da, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi mühüm siyasi hadisədir və bu sərəncam islahatların daha da uğurla həyata keçirilməsinə böyük töhfə verəcək. Bu tarixi hadisəni alqışlayır və qürur hissi keçiririk."-deyə, C. Fərzəliyev bildirib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook