SON XƏBƏR

Cəbhədə erməni kəşfiyyatçı ÖLDÜRÜLDÜ

Yanvar 19
22:52 2017
Hərbi mənbələrdən verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən mövqelərindən birində erməni kəşfiyyatçı zərərsizləşdirlib.

1news.az-a mənbədən verilən xəbərə əsasən, hadisə yanvarın 17-də gecə baş verib.

Belə ki, erməni kəşfiyyatçı gecə görmə qurğusu ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müşahidə edirmiş. Həmin an kəşfiyyatçı müəyyən edilərək məhv edilib.

Hadisədən iki gün keçməsinə baxmayaraq, erməni tərəfi ictimaiyyətdən əsgərin ölümünü ciddi səylə gizlədir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook