SON XƏBƏR

Cavuşoğlu Fransanın etirazına cavab verdi:“Bu addımı atan ölkə terrorun yanında olan dövlət durumuna düşər“

Yanvar 22
00:30 2018
İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bağdadda jurnalistlərin suallarını cavablandırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nazir Afrində həyata keçirilən əməliyyatla bağlı danışıb. 

O bildirib ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə artıq Afrinin bir neçə kəndini terrorçulardan təmizləyib:

"Bu şəkildə sona qədər irəliləyəcəyik və bölgəni terrorçulardan təmizləyəcəyik. Bu təhdid sərhədlərimizin düz yanında cərəyan edərkən, biz bu əməliyyatı dayandırmayacağıq".

Çavuşoğlu Fransanın Xarici İşlər Nazirliyinin əməliyyatla bağlı BMT-dən təcili toplantı tələb etməsini də şərh edib: "Bizim hədəfimiz Afrindəki mülki əhali deyil. Əksinə, mülki əhali məsələsində Türkiyənin nə qədər diqqətli və həssas olduğunu hər kəs bilir. Bunu da Fransalı həmkarımın diqqətinə bir daha çatdırdım. O da mənə buna görə təşəkkür etdi".

Nazir qeyd edib ki, Fransa və ya bir başqa ölkə məsələni BMT-də müzakirəyə çıxararsa, o zaman həmin ölkə terrorun yanında olan dövlət durumuna düşər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook