SON XƏBƏR
  • "Azərpambıq ASK” MMC işçinin haqqını yeyir - ŞİKAYƏT"Azərpambıq ASK” MMC-nin Bərdə rayonundakı işçisi nə əmək haqqını, nə də əlavə ayrılmış subsidiyanı ala bilmir Əlil övladının müavinətini bəzən olur ki, pambığla bağlı işlərə xərcləyir. Axırda da o..
  • Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edibAzərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə işti..
  • Cəbhə bölgəsində son vəziyyətErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Ermənistan Respublikası Krasno..
  • Pensiyalar yenə qalxacaq - Oktyabrın 1-dən"Minimum əmək haqlarının artırılması barədə imzalanan sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev ..
  • DİN əməkdaşlarının maaşları artırılıbPrezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) ma..
  • Müəllimlərin də maaşı artdıPrezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb. ..
  • “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədiRusiyaya məxsus "Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istəyib. Qlobal.az APA-ya istinadən xəbər verir ki, "Ural” avia şirkətinin mətbu orqanı olan jurnalda Dağlıq Qarabağa helikopterlər..
  • Prezidentdən sərəncam: Minimum əməkhaqqı 250 manat olduPrezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.   Qlobal.Az xəbər verir ki, sərəncama görə, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib..
  • Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib”"Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar". Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki,..
  • Nərimanovda bir qrup sakin aksiya keçirdi – SəbəbBu gün "İnteks” MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar. Qlobal.az Sputnik.az-a isti..

Cavid Qurbanovla Arif Əsgərovun arası niyə dəyib?

Aprel 14
08:56 2016
İki məmur barədə ilginc faktlar; Ziya Məmmədov köhnə dostu barədə dosye hazırlayıb 
 
Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunandan sonra bu qurumun keçmiş rəhbəri, hazırda nəqliyyat nazirinin müavini vəzifəsində çalışan Arif Əsgərovla aralarında ciddi insident yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, insidentə səbəb Arif Əsgərovun dövründə mənimsənilən pulların Cavid Qurbanov tərəfindən tələb edilməsi olub. Məlumatda deyilir ki, mənimsənilən pullar fantastik məbləğdədir.
 
Cavid Qurbanovun bu tələbə həm Arif Əsgərovu, həm də nəqliyyat naziri Ziya Məmmədovu hiddətləndirib. Onlar da Cavid Qurbanovun "Azəryolservis”dəki fəaliyyətilə bağlı dosye hazırlayıblar. Məlumatda deyilir ki, həmin dosye ictimailəşəcəyi təqdirdə Cavid Qurbanov hətta həbs edilə bilər. Ziya Məmmədov və Arif Əsgərov dosyedəki faktları ictimailəşdirmək qərarına gəliblər. Lakin son anda fikirlərindən daşınıblar. "Onlar əvvəlcə elə zənn ediblər ki, bu Cavid Qurbanovun özfəaliyyətidir. Lakin sonradan tələbin əslində ”yuxarılar” dan gəldiyi üzə çıxıb. Ona görə də Cavid Qurbanov barədə dosyenin ictimailəşdirilməsi gündəmdən çıxarılıb”, – deyə mənbə bildirib.


Bu arada Bakı vaqon deposunun bələdçiləri "Azadlıq”a müraciət göndərib. Cavid Qurbanova üz tutan bir qrup dəmiryolçunun müraciətində deyilir: "Cənab sədr! Siz dəmiryoluna yeni təyin olunandan bir ay sonra sizin qəbulunuzda olduq. Dəmiyolunda, əsasən də sərnişindaşıma departamentində uzun illər boyu baş alıb gedən məmur özbaşınalığı, rüşvətxorluq, bizə qarşı olan ayrı-seçkilik və pullarımızın  zaman-zaman bu məmurlar tərəfindən qanunsuz yollarla mənimsənilməsi barədə sizə faktlar dedik.
 
Elə həmin görüşdə bizə çatışmazlıqlar barədə tapşırıqlar verdiniz. Əsas məsələ bizə aid olan pulların mənimsənilməsi  haqda komissiya yaradıb bütün şikayətlərin, ərizələrin alınıb işin araşdırılmasını tapşırsanız da, bugünə kimi məsələ öz həllini tapmayıb. Çünki verdiyiniz tapşırığa əsasən, komissiyanın sədri Əlirza Süleymanov və qeyri üzvlərin hamısı bu qanunsuzluqların və mənimsəmələrin bir nömrəli iştirakçısı olub. Biz tərəfimizdən seçilən  iki nəfər nümayəndə isə adları siyahıda yer alsa da, fəaliyyətlərinə şərait yaradılmadı. Yoxlamalarda etirazlarına heç bir məhəl qoymadan, komissiyanın son aktına, bizim nümayəndənin imzası olmadan yəqin ki, sizə təqdim ediblər. Bundan bir il keçməsinə baxmayaraq biz dəfələrlə etiraz etsək də, sizin müavininiz Əlirza Süleymanov, departamentin sədri Elyar Muradov sizinlə təkrar görüşməyə imkan vermirlər.
 
Bir ildən çoxdur ki, dəfələrlə ərizə yazıb, sizinlə görüşmək istəsək də, nədənsə ərizələrə Elyar Muradov cavab vermir. Bir neçə dəfə sizin maşının qabağına çıxıb arxa qapıdan sizinlə görüşmək istəsək də, ya Əlirza Süleymanov, ya da Elyar Muradov polisləri çağırıb bizə hədə-qorxu gəliblər.
 
Ölkə başçısı Ilham Əliyev sizi bizə sədr təyin edib ki, siz də köhnə rəhbərlər kimi bizə yuxarıdan aşağı baxasınız? Biz bir qrup araqarışdıran deyilik. Dövlət əleyhinə heç bir hərəkət etmirik, qanunları pozmuruq. Sadəcə olaraq öz haqqımızı istəyirik. Bir sədr kimi, bu sizin vəzifyənizdir. Nəyə görə hər dəfə sizinlə görüşmək istədikdə polis çağırıb bizi Əlirza Süleymanovun kabinetinə aparıb hədə-qorxu gəlir?!
 
Cavid müəllim, siz məmursunuz və cənab prezident dəfələrlə söyləyib ki, məmurların bir nömrəli vəzifəsi fəhləni qəbul edib dinləməkdir. Əksinə, idarə etdiyiniz qurumda sizə tabe olmayan bəzi məmurlar köhnə əməllərini gizlətmək üçün haqqımızda sizə yalan məlumatlar verirlər.
 
Bu hadisələrlə bağlı ölkə başçısına, baş nazirə və dövlətin bütün qurumlarına məktub ünvanlamışıq. Hətta aksiya keçirmək üçün Hacıbala Abıtalıbova da müraciət etmişik. Hacıbala müəllim bizi qəbul edib təmkinli olmağı və gözləməyi təklif etdi. Söz verdi ki, bu məsələni lazım gəlsə ölkə başçısına qədər qaldıracaq və əvvəlcə sizə məktub ünvanlayıb bizi qəbul etməyi xahiş edib. Heç bir nəticə olmadı. Sonra baş nazirin müavini Abid Şərifoa müraciət ünvanlandı. O da sizə müraciət edərək bizi qəbul etməyi xahiş edib.
 
Deyəsən, biz ancaq ölkə başçısına müraciət etməliyik. Bəlkə onun xahişini  yerə salmazsınız. Ancaq bu xahişləri ənənəvi olaraq Elyar Muradov qəbul edib və ismarıc göndərərək  nümayəndələrimizi öz otağında yox, 7.04.2016-cı ildə deponun rəisi Rəhman Əbişovun otağında qəbul edib ənənəvi sözlərini çatdırdı: "Mənim sizə verəcək heç nəyim yoxdur. Hara gedirsiniz gedin. Hara yazırsınız yazın, xeyri yoxdur. Bu gün də sizi ona görə qəbul etdim ki, gedib Cavid müəllimə sizinlə görüşüb məsələni həll etməyim barədə məruzə edim”.
 
Sizdən xahiş edirik, bizi qəbul edin və dinləyin. Haqqımız bərpa olunmayınca bu aksiyadan əl çəkməyəcəyik. Ətrafınızda köhnə qalıq məmurların öz cinayətlərini gizlətməsi üçün onlara şərait yaratmayın. Bu, çox pis nəticə verəcək. Haqqımız bərpa olunmasa, kütləvi şəkildə idarənin qarşısında özümüzü yandıracağıq. Məsuliyyət sizin olacaq”.(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook