SON XƏBƏR

Canlı yayımda qətl törədən şəxsin yerini deyənə pul mükafatı vəd olunub

Aprel 18
08:08 2017
ABŞ-ın Klivlend şəhər polisi "Facebook"la canlı yayım zamanı qətl törədən şəxsin tutulması üçün faydalı ola biləcək məlumat verənə 50 min dollar məbləğində mükafat vəd edib.
 
"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu Klivlend polisinin şefi Kelvin Uilyams deyib. "Hazırda biz onun harada olduğunu bilmirik", - deyə o əlavə edib. Faktla bağlı araşdırma aparılır.
 
Stiv Stivens adlı afroamerikalı sosial şəbəkədə canlı yayım zamanı odlu silah ilə yoldan keçən yaşlı kişini qətlə yetirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook