SON XƏBƏR

Camal Əliyev Kral Musiqi Kollecinin simfonik orkestri ilə birlikdə çıxış edəcək

Mart 30
19:36 2017
Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyunun 29-da Londonda Kral Musiqi Kollecinin simfonik orkestri ilə birlikdə çıxış edəcək.
 

 
Qlobal.az Camal Əliyevin saytına istinadla xəbər verir ki, tamaşaçılara A.Dvorjakın "Violonçel üçün konsert"i təqdim olunacaq. Orkestrin dirijoru Jak Van Stindir.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O,
 
Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub. Bu yaxınlarda "Sir Karl Jenkins" musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook