SON XƏBƏR

Cahangir Hacıyev şikayətini geri götürdü

Oktyabr 12
12:16 2017
Sabiq bankir Cahangir Hacıyev növbəti dəfə hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Ali Məhkəmədə"Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
 
Məhkəmədə məlum olub ki, C.Hacıyevin vəkilləri Aqil Layıcovla, Fəxrəddin Mehtiyev kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib.
 
Onlar əlavə sənədlər əsasında kassasiya şikayətini yenidən hazırlanması zərurəti ortaya çıxıb.
 
C.Hacıyev də məhkəməyə ərizə göndərərək vəkilləri ilə razı olduğunu qeyd edib.
 
Məhkəmənin qərarı ilə kassasiya şikayəti geri qaytarılıb.
 
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook