SON XƏBƏR

Üç aviareys təxirə salınıb

Yanvar 09
11:28 2017
Bir neçə xarici ölkədən Azərbaycana yerinə yetirilməli olan aviareyslər təxirə salınıb.

"APA-Economics" xəbər verir ki, "ATA Airlines" aviaşirkəti tərəfindən saat 00:30-da yerinə yetirilməli olan Təbriz-Bakı aviareysi təxirə salınıb.
 
Bununla yanaşı, İstanbulun "Atatürk" hava limanından Bakıya yerinə yetirilməli olan aviareys də təxirə salınanlar arasındadır. Aviareys "Türk Hava Yolları" (THY) aviaşirkəti tərəfindən saat 01:50-də yerinə yetirilməli idi.
 
"FlyDubai" aviaşirkəti isə saat 00:42-də yerinə yetirilməli olan Dubai-Bakı aviareysini təxirə salıb.
 
İstanbul-Bakı aviareysinin təxirə salınmasına səbəb Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraitidir. Digər aviareyslərin təxirə salınmasının səbəbi bəlli deyil.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook