SON XƏBƏR

Bütün Qafqazın Şeyxi: "Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər"

Aprel 04
15:32 2020
"Koronavirusla mübarizədə iştirak edən həkimlər və digər zəhməti keçən şəxslər əgər dünyasını dəyişsələr, o biri dünyada şəhadət tapacaqlar, yəni şəhiddirlər".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirusla mübarizədə iştirak edənlər sanki mübaribədə düşmənlə üzbəüz gələrək canını, qanını qurban verirlər: "Ona görə də biz həmin insanların qədrini bilməliyik. Allahın bizə bəxş etdiyi bu canı qorumalıyıq. Bu, bizim borcumuzdur. Eyni zamanda ehtiyacı olan insanlara kömək etmək savab işdir. Lakin kimsə bu məsələdə qanuna riyaət etmədən başqasını da xəstələndirirsə və onlar rəhmətə getsə, onun bütün insanlığı öldürən qədər günahı var. Çünki həmin şəxs tək özünü deyil, başqalarının da həyatını təhlükəyə atmış olur".
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook