SON XƏBƏR

Bütün Gürcüstan patriarxı: “Digər dinlər kimi İslam dini qlobal çağırışlarla üzləşib”

Mart 15
13:13 2017
"Müxtəlif ənənəvi dinlər kimi İslam hazırda qlobal çağırışlarla üzləşib”.

APA-nın məlumatına görə, bunu Bütün Gürcüstan patriarxı İliyanın Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq tədbir iştirakçılarına müraciətində deyilir.

Müraciəti Gürcüstan Pravoslav Kilsəsinin nümayəndəsi yepiskop Dmitri Kapanadze oxuyub.

"Son vaxtlar dünyada baş verən terror aktları zamanı çoxlu sayda insan ölüb, unikal abidələr məhv edilib. Bu hallar bəzən İslam dini ilə əlaqələndirilir. Bu təsəvvürü dəyişmək lazımdır. Bu konfransın məhz bu məqsədə xidmət edəcəyinə ümid edirəm".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook