SON XƏBƏR

Bütün ABŞ senatorları Şimali Koreya ilə bağlı Ağ Evə dəvət olundu

Aprel 25
10:35 2017
100 senatorun hamısı çərşənbə günü Ağ Evə dəvət olunublar. Orada onlar Şimali Koreya ətrafındakı durumla bağlı məxfi brifinqi dinləyəcəklər.
 
Brifinq Müdafiə Naziri Cim Mattis, Dövlət Katibi Reks Tillerson, Milli Kəşfiyyat Direktoryu Dan Kouts və Baş Qərargahlar rəisi Co Danford tərəfindən veriləcək.
 
Hərçənd ki ABŞ qanunvericiləri tez-tez Kapitolidə brifinq alırlar, onlar üçün bunu Ağ Evdə etmək - ələlxüsus da bütövlükdə Senat üzvlərinin alması nadir olaydır.
 
ABŞ prezidenti Donald Tramp deyib ki, BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə hazır olmalıdır.
 
Daha əvvəl Yaponiya və Çin liderləri ilə telefon söhbəti aparan Donald Tramp Şimali Koreyanın təhdidləri ilə bağlı narahatlıqları müzakirə edib.
 
Yaponiyanın baş naziri Şinzo Abe ilə 30 dəqiqə sürən telefon müzakirələri zamanı Tramp ondan Şimali Koreyanın yeni pvovokasiyalarına mane olmaq üçün təzyiqlərini artırmasını istəyib.
 
Cənab Abe bu gün Tokyoda jurnalistlərə deyib ki, onun hökuməti "daha qəti surətdə Şimali Koreyadan provokasiyalara yol verməməsini" tələb edəcək.
 
Baş nazir ABŞ-la bərabər sayıqlıq nümayiş etdirəcəyi və qətiyyətli qərarlar verəcəyini deyib.
 
ABŞ rəsmiləri Şimali Koreyanın nüvə və raket slınaqları ilə bağlı artan tempdə narahatlıqlarını ifadə ediblər. Pxenyanın ABŞ və onun Asiya müttəfiqlərini hücumlarla hədələməsi Vaşinqton və onun tərəfdaşları tərəfindən ciddi sinaq kimi qarşılanır ("Amerikanın səsi").



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook