SON XƏBƏR

Burkina-Fasoda türk restoranına silahlı hücum: 17 nəfər həlak oldu

Avqust 14
11:36 2017
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində naməlum silahlılar "İstanbul" kafesinə hücum edib.
 
"Associated Press” agentliyinin verdiyi xəbərə görə, insident nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb.
 
Ölənlərin vətəndaşlığı hələ ki, müəyyən edilməyib. Bundan əvvəl "Frans Press” agentliyi 3 nəfər, o cümlədən bir Türkiyə vətəndaşının öldüyü barədə məlumat yayıb.
 
İlkin məlumata əsasən, üç silahlı Uaqaduqu şəhərindəki "İstanbul” kafesinə daxil olaraq odlu silahdan atəş açıblar. Hadisə yerinə ordu qüvvələri cəlb edilib, atışma baş verib. Ordu tərəfindən keçirilən əməliyyatın nəticələri barədə hələ ki, məlumat verilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook