SON XƏBƏR

Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü mülki əhaliyə qarşı zor tətbiqini pisləyib

İyul 07
11:15 2017
Cənubi Türinqendən seçilmiş və Bundestaqın Xarici Əlaqələr Komitəsinin əvəzedici üzvü kimi fəaliyyət göstərən deputat Mark Hauptman (CDU) münaqişə tərəfləri arasında yaranmış gərginliyə dair bəyanat yayıb.
 
"Hökumətlərin bu münaqişəni dinc və beynəlxalq hüquq normaları çərçivəsində həll etmək istəkləri ilə bağlı vədləri, nəhayət ki, yerinə yetirilməlidir. Buraya hər iki münaqişə tərəfinin silah tətbiqindən çəkinməsi daxildir. Bundan əlavə, son insidentlər araşdırılmalı və qiymətləndirilməlidir. Mülki şəxslərə qarşı artilleriyanın tətbiqi kəskin şəkildə pislənilməlidir. Bu məsələdə AFR XİN və beynəlxalq ictimaiyyət birmənalı şəkildə mövqe nümayiş etdirməlidir. Hər hansı zor tətbiqi diplomatik razılıq əldə olunmasına mənfi təsir göstərir”, - deyə Hauptman bildirir.
 
Deputatın fikrincə, münaqişənin tez bir zamanda həlli üçün ATƏT-in səylərinin artırılması zəruridir. Məsələnin siyasi həlli yalnız beynəlxalq hüququn ümumi prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında mümkündür. Mark Hauptman bəyanatında deyib:
 
"Münaqişə tərəfləri hər şeydən əvvəl zor tətbiqindən çəkinməlidirlər. Cənubi Qafqaz ölkələrinin beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi mübahisəli Dağlıq Qarabağ regionu ətrafında işğal edilmiş torpaqların geri qaytarılmasını tələb edir. Bununla yanaşı, təhlükəsizlik və öz müqəddəratını təyinetmə də daxil olmaqla Dağlıq Qarabağ regionu üçün müvəqqəti statusun müəyyənləşdirilməsi ilə bağlı səylər intensivləşdirilməlidir”.
 
Bəyanatda, həmçinin Dağlıq Qarabağın beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycana məxsusluğu, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bu ərazinin və ona bitişik rayonların işğal edildiyi, hər iki tərəfin öz mövqeyini möhkəmləndirdiyi təmas xəttində mütəmadi olaraq döyüşlər baş verdiyi diqqətə çatdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook