SON XƏBƏR

Bu xanım Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir gətirilir?- FOTO

Sentyabr 13
00:17 2018
Beyləqan rayon Təhsil İdarəsinin müdiri Xuraman Rüstəmovanın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir təyin olunacağı barədə məlumatlar yayılıb. 
 
Məlumata görə son günlər Bakıya intensiv səfərlər edən Xuraman Rüstəmova məsələ ilə bağlı Təhsil nazirliyinin rəhbərliyi ilə bir sıra görüşlər də keçirib. Xuraman Rüstəmovanı paytaxt təhsilinə rəhbər gətirməyi Təhsil naziri Ceyhun Bayramov çoxdan planlaşdırsa da, ona bu əmri imzalamağa maneçilik törədənlərin olduğu deyilir. Həmin şəxslərin arqumentləri isə əyalət rayonunun təhsilinə rəhbərlik edən, daha doğrusu şəhər təhsilindən xəbərsiz birinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinində uğur qazana bilməyəcəyidir.
 

 
Xuraman Rüstəmova
 
Eyni zamanda Xuraman Rüstəmovanın barəsində mediada və sosial şəbəkələrdə çoxsaylı neqativ informasiyaların müntəzəm dərc olunması da sözügedən təyinatın əksinə olan şəxslərin əllərində ciddi vasitəyə çevrilib. 
 
Qeyd edək ki, bu ilin mart ayında mediada Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğlu Tural Əliyevin iş yoldaşını, Beyləqan rayon yol polis şöbəsinin əməkdaşı Namiq Zeynalovu bıçaqladığı barədə məlumatlar yayılmışdı. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook