SON XƏBƏR

"Bu, Vətənə xəyanətdir"

Mart 27
19:02 2017
Roma Katolik Kilsəsinin Meksikadakı baş yepiskopu Norberto Rivera Carrera, Meksika şirkətlərinin ABŞ prezidenti Donald Trampın planlaşdırdığı sərhəd divarının inşasına kömək etmələri ilə vətənə xəyanət etmiş olacaqlarını söyləyib.
 
Meksikada bəzi yerli şirkətlərin Trampın sərhəd divarının inşasını dəstəkləmələri narazılığa səbəb olub. Belə ki, katolik kilsəsinin baş yepiskopu Carrera kilsə qəzetində çıxan "Ana Vətənə Xəyanət" başlıqlı yazısında ABŞ-ın bu planını "vətənə xəyanət" kimi dəyərləndirib.
 
Carrera, "Hər hansı bir şirkətin Trampın divar inşasına kömək etməsi etik baxımdan doğru deyil və bunu dəstəkləyən şirkət sahiblər, səhmdarlar da vətənə xəyanət etmiş sayılır", - deyə bildirib və o, divarın inşasına kömək etməyə çalışan şirkətlərin olduğunu qeyd edərək, Meksika hökumətini bu şirkətlərə qarşı tədbir görməməkdə və sözügedən məsələ ilə bağlı çəkingən mövqe tutmaqda suçlandırıb.
 
Xatırladaq ki, Meksika Xarici işlər Naziri Luis Videgaray çıxışlarının birində Trampın planını dəstəkləyən şirkətləri nəzərdə tutaraq: "Bizlər iqtisadi bir fürsətdən deyil, əksinə, sözlə ifadə olunmayan düşmənçilik hərəkətindən bəhs edirik", - deyə vurğulamışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook