SON XƏBƏR

Bu uşaqlar Mehriban Əliyevaya müraciət etdilər: “Evimizin içində təhdid olunuruq...“

İyul 25
12:27 2017
Azərbaycanda daha bir balaca Zəhra haqq səsini ucaldıb. 3 yaşlı Abdulrəhmanova Zəhra və 2 yaşlı qardaşı Elcan I vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan kömək gözləyirlər.  
 


Onların atası Elgün Abdulrəhmanov hazırda səngərdə düşmənlə üz-üzə dayanıb. Hərbçi-gizir E.Abdulrəhmanovun körpələri BakuPost.az vasitəsi ilə ürəkdağlayan müraciət ünvanlayıb. 

Onlar ailənin başına gələn müsibətdən danışıblar: "Hörmətli Mehriban xanım, Leyla xanım. Biz hərbçi-gizir Elgün Abdulrəhmanovun övladlarıyıq.
 
Atamızın səngərdə əlində silah prezidentimiz İlham Əliyevin verəcəyi əmri gözləyib düşmənlə hər an döyüşə hazır olmasından qürur duyuruq. Biz heç də özümüzü şəhid olan Zəhradan ayırmırıq. 

Biz heç də özümüzü şəhid balalarından ayırmırıq. Bizim kiçik yaşımızda taleyimiz belə yazılıbmış və heç də narahat deyilik. 

Bizim narahatlığımız ermənilərdən deyil, əsla. Bizim narahatlığımız Şirvan şəhərində sələmə pul verən Təbriz Cəfərov adlı birindəndir. 

Təbrizin ucbatından biz də atamız Elgün kimi səngərdə düşmənlə üz-üzəyik. Şirvan şəhəri sanki döyüş bölgəsində yerləşir və evimizdə qorxu, təhdid, həyəcan içində yaşayırıq. 

Təbrizin ağ, yekə maşınını görəndə sanki erməni tankları gözümüzə görsənir, tez qaçıb evimizə giririk. Təbrizin bizi təhdid altında saxlamasının səbəbi atam Elgünün 3 il əvvəl ondan sələmə 2500 manat pul almasıdır”. 

Müraciətdə deyilir ki, hərbçi-gizir bu günə kimi Təbriz adlı şəxsə 20 min manatdan çox sələm ödəyib: "Sonra sələmi ödəyə bilmədi və Təbriz də 2500 manatı 10 min manata kimi şişirdib verdi Şirvan şəhər məhkəməsinə. 

Şirvan məhkəməsinin sədri Elçin Quliyev Təbrizlə yaxın dost olduğundan tələm-tələsik qətnamə çıxardıb. Ümumiyyətlə, Elçin Quliyev Təbrizin yüklədiyi adamlardan pulunun alınmasında yardımçı olur. 

Təbriz, atam məzuniyyətə gələndə onu oturdub maşınına və üstünə silah çəkib, ağ kağıza qol çəkdirib ki, guya ona 10 min manat borcu var. Atamın telefonuna zəng edib nalayiq söyüşlərlə söyüb, təhqir edib, hədələyib ki, səni ailənlə bir yerdə həyatdan silərəm. 

Atam artıq bizim həyatımızın təhlükədə olduğunu görüb Təbrizin səs yazılarını Şirvan şəhər prokurorluğuna təqdim edib. 

Artıq prokurorluq cinayət işi açıb və Şirvan polis şöbəsinə göndərib. Ancaq istintaqın müstəntiqi Əhməd Baloğlanov deyib ki, Təbriz yaxşı oğlandır, onun söydüyü söyüşlər, hədə-qorxu gəlməsi cinayət hesab olunmur. Çünki çoxlu pulu var. 

Hörmətli Mehriban xanım, Təbriz cəzasız qalmalıdır, biz isə şəhid olan Zəhranın həyatını yaşamalıyıq? Atam səngərdə bilmir vətənimizi ermənilərdən qorusun, ya bizi Şirvan şəhərində Təbrizdən?! 

Şirvan şəhər məhkəməsinin sədri Elçin Quliyev artıq Təbrizin xeyrinə qərar verib ki, 10 min manatı atam qaytarmalıdır. 

Ancaq 10 min manatı Təbrizə qaytarmaq üçün evimizi satmalıyıq. Bizi bəladan ancaq siz xilas edə bilərsiniz. Təbrizin qarşısı alınmasa, mənim kimi kiçik yaşlı Zəhralar acı talelər yaşayacaqlar”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook