SON XƏBƏR

“Bu, tarixin ən böyük yalanıdır“ - Modriç

Avqust 21
00:09 2018
"Real”ın yarımmüdafiəçisi Luka Modriç "İnter”ə keçmək istəməsi ilə bağlı matbuatda yazılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu söz-söhbətlərin əsassız olduğunu söyləyib. O, bunu tarixin ən böyük yalanı adlandırıb.

Qeyd edək ki, "Real”ın "İnter”i FİFA-ya şikayət etməsindən sonra İtaliyanın "La Gazzetta dello Sport” nəşri 32 yaşlı oyunçunun adından açıqlama yayaraq, Modriçin guya millidəki komanda yoldaşları - İvan Perişiç, Marselo Brozoviç və Şime Vrsalko ilə birlikdə oynamaq istədiyi üçün Milan klubu ilə danışıqlara başladığını iddia etmişdi. İspaniyanın "Futbol Al Reves” nəşri həmin məlumatı özünün rəsmi "İnstagram” səhifəsində paylaşdıqdan sonra Modriç xəbərin altında "Bu, tarixin ən böyük yalanıdır” şərhini yazıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook