SON XƏBƏR

Bu şirkət Kəlbəcərə silah və muzdlu yığır

Oktyabr 21
12:48 2020
Azərbaycan Ordusu Dağlıq Qarabağda uğurlu əməliyyatlar apararkən, işğal altındakı ərazilərdə qeyri-qanuni yolla qazanc əldə edən şirkətlər təşvişə düşüb.

Axar.az xəbər verir ki, bu barədə "Yeni Şəfəq” nəşri məlumat yayıb.

Bildirilir ki, bu şirkətlərin başında Rusiyanın "GeoProMining Gold” şirkəti dayanır:

"Kəlbəcərdə yerləşən qızıl mədənlərinin 99 faizini qeyri-qanuni şəkildə rus şirkəti mənimsəyir. Burada qızıl ehtiyatlarının 112 tondan çox olduğu ifadə edilir. Rus şirkəti buradan qızılları çıxararaq dünyanın müxtəlif yerlərinə daşıyır.

Bölgədən gələn son məlumatlara görə, "GeoProMining Gold” şirkəti milyardlarla dollarlıq qızıl mədənlərindən asanlıqla əl çəkmək istəmir. İllərdir Kəlbəcərdəki qızıl yataqlarını istismar edən şirkətin xeyli sayda silah və muzdlu toplayaraq bölgənin tam azad olmasının qarşısını almağa çalışdığı iddia edilir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook