SON XƏBƏR

Bu şəxslər vergidən azad olundu

Oktyabr 24
21:53 2019
Azərbaycanda mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək.

Qlobal.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar ( mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook