SON XƏBƏR

Bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var- ZAHID ORUC

May 19
11:50 2018
"Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlərdə, Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.
 
Bunu Milli Məclisdə çıxışında millət vəkili Zahid Oruc bildirib.

Deputat qeyd etdi ki, insanlar vəsait xərcləyərək, Gürcüstana gedirlər, orada imtahan verirlər: "Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq?”

Daha sonra Z.Oruc dedi ki, bu günlərdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdən bəhs etdi: "Orada müşahidə etdim, olimpiadada iştirak etmiş və qalib olmuş 300 şagirddən 120 nəfərinin gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bu şagirdlər millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həllinə yönəlik işlər görməliyik”.
 
(Gununsesi.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook