SON XƏBƏR

Bu qidalar erkən ölüm riskini artırır

Aprel 13
00:06 2018
Sosiska, kolbasa, vetçina kimi işlənmiş ət məhsullarının erkən ölüm riskini 44 faiz artırdığı müəyyənləşib. 

Qaynarinfo "BMC Medicine" jurnalında təqdim olunan araşdırmaya istinadən xəbər verir ki, işlənmiş ət məhsullarını tez-tez istehlak edənlərdə, ürək və damar xəstəlikləri ilə xərçəngə bağlı erkən ölümlər daha çox görülür.

10 Avropa ölkəsində 500 mindən çox adamın təxminən 13 il cəlb edildiyi araşdırmada işlənmiş ət məhsullarında istifadə edilən kimyəvi maddələrin insan sağlamlığı üzərindəki zərərli təsirləri araşdırılıb.

Araşdırma müddətində 10 min adamın xərçəng, 5 min 500 adamın isə ürək və damar problemləri səbəbiylə həyatını itirdiyi məlum olub. Araşdırmaçılar, gündə 160 qramdan çox işlənmiş ət məhsulu (iki kolbasa və bir dilim vetçina) istehlak edənlərin, gündəlik işlənmiş ət istehlakı 20 qram və aşağı olanlara nisbətlə 44 faiz daha çox erkən ölüm riski daşıdığını təyin edib.

Araşdırma nəticəsində bəlli olub ki, işlənmiş ət istehlakı çox olan şəxslərdə obezit və bağırsaq xərçəngi az istehlak edənlərlə nisbətən daha çoxdur.
 
Qeyd edək ki, hisə verilmiş, qurudulmuş, şoraba kimi əməliyyatlardan keçirilən məhsullara işlənmiş ət adı verilir. İşlənmiş ət məhsulları arasında sosiska, kolbasa və vetçina, hisə verilmiş quş və balıq əti kimi məhsullar yer alır. Duz və kimyəvi maddələr köməyi ilə rəf ömürü uzadılan hamburger və küftə növləri də işlənmiş ət məhsulları sayılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook