SON XƏBƏR

Bu qadın ABŞ prezidentliyinə namizəd ola bilər

Yanvar 10
01:00 2018
2018-ci ilin yenicə daxil olmasına baxmayaraq, qəzetlər başlıqları artıq 2020-ci ildə ABŞ prezidenti seçkilərinə həsr etməyə başlayıblar.
 
Bazar günü Qızıl Qlobus mükafatlarının verilməsi mərasimində gurultulu alqışlar qazanan nitqindən sonra tanınmış media ulduzu Opra Uinfrinin prezidentliyə potensial namizəd ola biləcəyi haqqında müzakirələr başladı. Mərasimdə həyat nailiyyəti mükafatı təltif olunmuş Uinfri, nitqini qadın hüquqlarına həsr edib.
 
Senator Kirsten Gillibrand: "Mən onun dediklərinə görə çox minnətdaram və düşünürəm ki, o həqiqi liderdir. Onun səsi güclü və vacibdir. Ona görə də, onun istədiyi nədirsə, mütləq onu etməlidir. ”
 
Prezident Trampın qızı İvanka bazar ertəsi Twitter vasitəsilə Uinfrinin nitqini alqışlayıb.
 
Baxmayaraq ki, Uinfri 2020-ci il seçkilərin rəsmi namizədi deyil, yaxın dostları onun bu barədə düşündüyünü deyirlər. Uinfinin uzunmüddətli tərəfdaşı Stedman Graham The Los Angeles Times qəzetinə bildirib ki, "bu insanlardan asılıdır və o mütləq bunu etməlidir.
 
63 yaşlı Opra Uinfri tanınmış televiziya aparıcısı, prodüser və xeyriyyəçidir. O, 1986-cı ildən 2011-ci ilə qədər yayımlanan və ABŞ televiziya tarixinin ən yüksək reytinqli verilişlərindən biri olan Oprah Winfrey Show ilə popularlıq qazanıb. Təxminən 3 milyard dollar sərvəti olan Uinfri ABŞ-ın ən zəngin afrikalı-amerikalısıdır. O, dünyanın ən nüfuzlu qadınlarından biri hesab edilir.
 
"Amerikanın səsi"
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook